Mağazaya girdi, 
Hadisə
171
10:45, Bu gün

Mağazaya girdi, "07"sini oğurladılar - Yasamalda

Bakının Yasamal rayonunda bir nəfərə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, zərərçəkən polisə müraciətində marketə daxil olmaq üçün avtomobilini saxladığını, qayıtdıqda isə nəqliyyat vasitəsinin orada olmadığını bildirib.
 
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər soyğunçuluq və oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı B.Əsədov müəyyən olunaraq saxlanılıb, avtomobil sahibinə geri qaytarılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər