Azərbaycanda hakimə zor tətbiq edən məşqçi cəzalandırıldı
Hadisə
187
17:40, Bu gün

Azərbaycanda hakimə zor tətbiq edən məşqçi cəzalandırıldı

Region Liqası təmsilçilərindən olan "Sabirabad" klubunun baş məşqçisi Şirxan Əkbərov və komandanın oyunçusu Beyrək Beybutlu səkkiz matç müddətinə diskvalifikasiya olunublar.

Moderator.az xəbər verir ki, sözügedən qərar AFFA-nın İntizam Komitəsinin iclasında qəbul edilib.

Ş.Əkbərovun bu cəzaya məruz qalmasına səbəb, Sabirabadın "Olimpik" komandası ilə oyunu zamanı meydana girərək baş hakimə qarşı fiziki güc tətbiq etməsi olub.

B.Beybutlu isə matçın 83-cü dəqiqəsində rəqibin təhlükəli hücumunu dayandırdığı üçün ikinci sarı vərəqə alaraq meydandan uzaqlaşdırılıb. Qırmızı vərəqədən sonra referiyə qarşı fiziki təzyiq (itələmə və dartma halları) göstərdiyi üçün futbolçu növbəti səkkiz qarşılaşmanı buraxmalı olacaq.

Qarşılaşma zamanı meydana kənar şəxsin daxil olması və ədalət təmsilçisinə təzyiq etməsi səbəbindən "Sabirabad" klubuna rəsmi xəbərdarlıq edilib.

Stadionda təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə təşkil olunmaması (cəmi üç polis əməkdaşının olması) ucbatından 84-cü dəqiqədə dayandırılan görüş, yarımçıq qaldığı vaxtdan etibarən davam etdiriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər