Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanılıb - VİDEO
Hadisə
590
16:30, Bu gün

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanılıb - VİDEO

Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, zərərçəkən küçə ilə hərəkətdə olarkən naməlum şəxsin ona zor tətbiq edərək 485 manatını taladığı barədə polisə müraciət edib.

Abşeron RPİ Mehdiabad Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı Hüseynbala Cəfərov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, həmin gün zərərçəkən daimi müştərisi olduğu kişi salonuna gedib və söhbət əsnasında bərbəri olan H.Cəfərova təqaüdünün köçdüyünü bildirib. Bunu eşidən həmin şəxs zərərçəkəni yol boyu izləyərək ona zor tətbiq edib, başına polietilen torba keçirməklə cibindəki pulu talayıb. Daha sonra isə o, pulu narkotik vasitə almaq üçün şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına onlayn yolla göndərib.

Faktla bağlı araşdırma aparılır.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər