Bakıda gecə qəbiristanlığa girənlər CƏRİMƏLƏNDİ
Hadisə
199
11:14, Bu gün

Bakıda gecə qəbiristanlığa girənlər CƏRİMƏLƏNDİ

Bakıda gecə saatlarında qəbiristanlığa gedənlər saxlanılıb.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Səbail rayonu, Badamdar qəbiristanlığında qeydə alınıb.
 
Gecə saat 21 radələrində əllərində çanta qəbiristanlığa girən 3 nəfər ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən saxlanılıb. Onlara bu saatda burada nə işləri olduğu soruşulanda isə aralarında sərxoş olan biri qeyri-etik və kobud cavab verib. Nəticədə onlar saxlanılaraq barələrində protokol tərtib olunub.
 
Məhkəmənin qərarı ilə onların ikisi barəsində 200 manat məbləğində cərimə təyin olunub. Digər yeniyetmə isə inzibati cəzadan azad olub.
 
Link kopyalandı!
Son xəbərlər