Mingəçevirdə aşkarlanan saxta içkilərin satışı qadağan edilib
Hadisə
286
17:05, Bu gün

Mingəçevirdə aşkarlanan saxta içkilərin satışı qadağan edilib

Mingəçevir şəhərində mağazalarda aşkarlanan saxta alkoqollu içkilərin satışı qadağan edilib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, bunlar Puşkin küçəsi, ev 20 ünvanında fəaliyyət göstərən alkoqollu içkilərin və Xocalı küçəsi, ev 6 ünvanında fəaliyyət göstərən qida məshullarının satışı mağazalarında müəyyən edilib.

Bildirilib ki, hər iki mağazada içkilərin etiketində istehsalçı adı, ünvanı, VÖEN və s. barədə məlumatların qeyd edilmədiyi, müvafiq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb.

Qeyd edilib ki, mağazalarda aşkarlanan "Настояшая", "Forest Line Organic", "Kapitan", "Organic Marka", "Native Nectar", "Qərbi Azərbaycan", "Brend Line" əmtəə nişanlı saxta alkoqollu içkilərin satışının qadağan olunması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib.

Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Materialların hüquq-mühafizə orqanlarına göndərilməsi nəzərdə tutulub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər