Şəkidə kanala düşən şəxs xəstəxanaya aparılarkən yolda ölüb
Hadisə
297
21:00, Bu gün

Şəkidə kanala düşən şəxs xəstəxanaya aparılarkən yolda ölüb

Şəkidə kanala düşən 33 yaşlı kişi xəstəxanaya aparılarkən yolda ölüb.

Moderator.az-ın məlumatına görə, hadisə Şəki rayonu, Cəyirli kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini 33 yaşlı Abuzər Əsgərov kənd ərazisindəki kanala düşüb.

Kənd sakinləri tərəfindən kanaldan çıxarılan həmin şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib.

A. Əsgərovun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər