Naxçıvanda avtomobil işıq dirəyinə çırpıldı: Xəsarət alanlar var
Hadisə
184
21:59, Bu gün

Naxçıvanda avtomobil işıq dirəyinə çırpıldı: Xəsarət alanlar var

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, hadisə şəhərin Azadlıq küçəsində qeydə alınıb. Belə ki, 99-UT-369 dövlət nömrə nişanlı “BAIC A115” markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılaraq aşıb. Qəza zamanı xəsarət alan Asim Rasim oğlu Nağıyev və Ceyran Abdulla qızı Nağıyeva Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Link kopyalandı!
Son xəbərlər