Qusarda hoteldə ölən şəxs həkim imiş - FOTO
Hadisə
257
16:40, Bu gün

Qusarda hoteldə ölən şəxs həkim imiş - FOTO

Qusarda yerləşən hoteldə meyit tapılıb.

Hadisə fevralın 13-ü saat 14.00 radələrində Çiləgir kəndində yerləşən "Chateau" hotelində baş verib.

1957-ci il təvəllüdlü Ukrayna vətəndaşı Boris Merzlyakovun meyiti hotel otağında aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri müşahidə edilməyib. Şəxsin ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Əldə etdiyimiz məlumata görə, dünyasını dəyişən şəxs manual terapevt Dr. Merzlyakov Boris Aleksandroviçdir. O, Azərbaycanda bir sıra özəl xəstəxanalarda çalışıb. (Qaynarinfo)

BORİS.jpg (56 KB)

Link kopyalandı!
Son xəbərlər