Sumqayıtda işə düzəltmək adı altında dələduzluq edən şəxs saxlanılıb
Hadisə
359
15:35, Bu gün

Sumqayıtda işə düzəltmək adı altında dələduzluq edən şəxs saxlanılıb

Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb.

Moderator.az-ın məlumatına görə, zərərçəkmiş əvvəlcədən tanış olduğu şəxs tərəfindən “işə düzəltmək” adı altında 11 500 manat vəsaitinin aldadılaraq ələ keçirilməsi barədə polisə müraciət edib.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər