Dəm qazı ailə faciəsinə səbəb olub, ata ölüb, 5 övladı zəhərlənib
Hadisə
179
12:09, Bu gün

Dəm qazı ailə faciəsinə səbəb olub, ata ölüb, 5 övladı zəhərlənib

Naxçıvan şəhərində dəm qazı ailə faciəsinə səbəb olub, ata ölüb.

Moderator.az xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib.

Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu dünyasını dəyişib.

Onun övladları - 2020-ci təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər. Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər