Yasamalda fərdi yaşayış evi yandı
Hadisə
325
18:48, Bu gün

Yasamalda fərdi yaşayış evi yandı

Bakı şəhəri, Yasamal rayonu ərazisində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Moderator.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Yasamal rayonu, İkinci Alatava adlanan ərazidə fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər