Rusiyada zorla döyüşə aparılan azərbaycanlı həlak oldu
Hadisə
242
13:54, Bu gün

Rusiyada zorla döyüşə aparılan azərbaycanlı həlak oldu

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Gəncə sakini həlak olub.
 
Moderator.az APA-ya istinadla bildirir ki, Gəncə şəhərində anadan olmuş, Rusiya vətəndaşı 41 yaşlı Ramin Məmmədovun təxminən 2 ay əvvəl döyüşlər zamanı öldüyü bildirilir.
 
Onun nəşi ötən gecə Gəncə şəhərinə gətirilib. Mərhum bu gün Gəncədə dəfn olunacaq.
 
Məlumata görə, o, işlədiyi müəssisədən döyüşlərə məcburi aparılıb. Onun subay olduğu, uşaqlıqdan Rusiyada yaşadığı bildirilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər