Bakıda üç marşrut avtobusu toqquşdu
Hadisə
216
12 Feb 2026 | 23:45

Bakıda üç marşrut avtobusu toqquşdu

Bu gün paytaxtın Yasamal rayonu ərazisində marşrut avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Müzəffər Həsənov küçəsində - metronun "20 Yanvar" stansiyasının qarşısında 3 avtobus toqquşub.

Belə ki, "Bakubus"a məxsus olan 14 saylı xəttin BYD, 194 saylı xəttə məxsus olan "KingLong" və 159 saylı xətt üzrə işləyən "İsuzu" markalı avtobuslar bir-birinə çırpılıb.

Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə xeyli ziyan dəyib.

Link kopyalandı!
Son xəbərlər