Bərdədə baş verən ağır qəzada iki nəfər ölüb
Hadisə
500
12 Feb 2026 | 21:10

Bərdədə baş verən ağır qəzada iki nəfər ölüb

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az-ın xəbərinə görə, hadisə Yevlax-Bərdə magistral yolunun rayonun Gərənə kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil "VAZ 2106" markalı maşınla toqquşub. Nəticədə iki nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər