Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi - FOTO
Hadisə
205
20:00, Bu gün

Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi - FOTO

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, şəhid Əli Mehdizadənin qardaşı Əhməd Mehdizadə vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı onun yaxınları paylaşıblar.

Bildirilib ki, Əhməd Mehdizadə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Əli Mehdizadə 2020-ci il 1 noyabr tarixində səhər saatlarında Şuşa istiqamətində şəhid olub.

O, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Şücaətə görə" medalları ilə təltif olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər