Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Moderator.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 25kv.m. olan metal və taxta konstruksiyadan ibarət ayaqqabı təmiri köşkündə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən uşaq bağçasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində köşkün yanar konstruksiyaları və 4 ədəd ağac qismən yanıb.
Xəsarət alan olmayıb.
Yaxınlıqda yerləşən uşaq bağçası və digər ağaclar yanğından mühafizə olunub.