Baş nazirin birinci müavininin keçmiş köməkçisi dəm qazından boğuldu
Hadisə
235
12:25, Bu gün

Baş nazirin birinci müavininin keçmiş köməkçisi dəm qazından boğuldu

Bakıda arvadı ilə birgə dəm qazından boğulan Rəşad Əliyevlə bağlı yeni faktlar üzə çıxıb.
 
64 yaşlı Rəşad Əliyev əvvəllər yüksək vəzifələrdə çalışıb.
 
Belə ki, R.Əliyev 90-cı illərdə Dövlət Baş Xəzinədarlığının direktor müavini, Qiymətli Kağızlar və Bank Əlaqələri Departamentinin rəisi, Baş nazirin birinci müavininin köməkçisi və digər yüksək vəzifələri tutub.
 
O, daha sonra bizneslə məşğul olmağa başlayıb. “Toyota Bakı Mərkəzi”nin baş direktoru, “İSR Avto”nun direktoru, “İmprotex Motors”un baş meneceri, eləcə də STP-də fəaliyyət göstərən bir sıra şirkətlərin rəhbəri olub. 2025-ci ilin noyabrından isə “IZIA Development” şirkətinin direktoru kimi çalışırmış.
 
Rəşad Əliyevin atası Firudin Əliyev də tanınmış şəxs olub. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü (1983), Azərbaycan SSR Ali Sovetinin 9-10-cu çağırış deputatı olub. “Qırmızı əmək bayrağı” ordeni və SSRİ medalları ilə təltif edilmiş F.Əliyev 1983-cü ildə vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.
 
Onu da qeyd edək ki, Rəşad Əliyev məşhur polis zabiti, AFFA-nın keçmiş vitse-prezidenti, “Qara polkovnik” ləqəbli Fətulla Hüseynovun bacısı oğludur. /qafqazinfo/
 
***
 
Bakıda ər-arvad dəm qazından zəhərlənib.
 
Hadisə ötən gecə Sabunçu rayonu Nardaran qəsəbəsində baş verib.
 
1962-ci il təvəllüdlü Rəşad Əliyev və həyat yoldaşı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva evdə qazdan zəhərləniblər.
 
R.Əliyev hadisə yerində ölüb. D.Əliyeva isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
 
Araşdırmalar aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər