Bizi sosial şəbəkələrdən izləyin:
Qusarda 33 yaşlı kişi tüstüdən boğularaq ölüb.
Moderator.az xəbər verir ki, hadisə rayonun Aşağı Ləgər kəndində baş verib.
1993-cü il təvəllüdlü Ramik Müslümov fərdi evin yataq otağında elektrikli qızdırıcının yanaraq əriməsi nəticəsində kəskin qoxulu tüstüdən yatdığı yerdə boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.