18:11
4°C
Bakı
Naxçıvanda mebel sexi yanıb.
Moderator.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində baş vermiş yanğının genişlənərək yaxınlıqda yerləşən fərdi yaşayış evlərinə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 378 m² olan obyektin 330 m² hissəsi içərisindəki əşyalarla birlikdə yanıb. Sexin qalan hissəsi və sexə bitişik evlər yanğından mühafizə olunub.