Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
Hadisə
209
10:49, Bu gün

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
 
Moderator.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
 
Fevralın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 10 tüfəng, 2 patron darağı və 221 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
 
Link kopyalandı!
Son xəbərlər