Xaçmazda qanunsuz ağac kəsmə faktı ilə bağlı araşdırmalara başlanılıb
Hadisə
1330
10 Feb 2026 | 20:35

Xaçmazda qanunsuz ağac kəsmə faktı ilə bağlı araşdırmalara başlanılıb

Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində təbiətə vurulan zərərlə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Moderator.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində ağac kəsmə faktı ilə bağlı Rayon Polis Şöbəsində prosessual araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində meşəlik ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı məlumatlar yayılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər