Bakıda oğurladıqları kartla alış-veriş edən qızlar HƏBS OLUNDU
Hadisə
292
15:43, Bu gün

Bakıda oğurladıqları kartla alış-veriş edən qızlar HƏBS OLUNDU

Bakının Yasamal rayonunda oğurluq hadisəsi olub.
 
Moderator.az xəbər verir ki, naməlum şəxslər tərəfindən zərərçəkənin bank kartından 5000 ABŞ dolları oğurlanıb.
 
Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Q.Abbasova və 20 yaşlı Ş.Əmiraslanova saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar zərərçəkənin bank kartını oğurladıqdan sonra hesabındakı maddi vəsaiti nağdlaşdıraraq alış-veriş ediblər.
 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
 
Link kopyalandı!
Son xəbərlər