Fəzail Ağamalı vəfat etdi - YENİLƏNİB
Hadisə
592
21:34, Bu gün

Fəzail Ağamalı vəfat etdi - YENİLƏNİB

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı Türkiyənin paytaxtı Ankarada vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə "Teleqraf"a mərhumun yaxınları məlumat veriblər.

Onların bildirdiyinə görə, F.Ağamalı qızı Günay Ağamalı ilə müayinə və müalicə üçün Türkiyəyə gedibmiş. O, bu gün səhər qaldığı hoteldə ürək çatışmazlığından dünyasını dəyişib.

F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşinin sabah və yaxud birisi gün Azərbaycana gətiriləcəyi bildirilib.

Moderator.az xəbər verir ki, bu barədə "Report"a onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, mərhum siyasətçi 78 yaşında Türkiyədə dünyasını dəyişib.

19:42

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib.

Moderator.az bu barədə Manset.az-a istinadən xəbər verir.

Qeyd olunub ki, o, Türkiyədə dünyasını dəyişib. Fəzail Ağamalının qızı, millət vəkili Günay Ağamalı faktı təsdiqləyib.

Xatırladaq ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.

Link kopyalandı!
Son xəbərlər