18:57
6°C
Bakı
11 yaşlı qız atalığı tərəfindən cinsi zorakılığa məruz qaldığı üçün müəssisəyə yerləşdirilib.
Moderator.az xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial mediada məlumat yayıb.
O bildirib ki, üç gün öncə qaynar xəttə sözügedən azyaşlıya səkkiz yaşından etibarən atalığı tərəfindən seksual hərəkətlərə məruz qalan qızcığazın artıq anası tərəfindən də təhdidlərin olma səbəbindən onun uşaq müəssisəsinə yerləşdirilməsinə zərurət yaranıb.
Həmçinin Kəmalə Ağazadə vurğulayıb ki, uşaq özü polisə gedərək ona qarşı olan cinayəti faktını bildirib və atalığı təhqiqat müddətinə saxlanılıb.