Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda şagirdin güllələdiyi müəllimin son vəziyyəti açıqlanıb.
Moderator.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.
Onun vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, fevralın 6-ı Bakıda yerləşən "İdrak" liseyində 10-ci sinif şagirdi Ə.Ş 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı ov tüfəngi ilə güllələyib.