Bizi sosial şəbəkələrdən izləyin:
Quba rayonunda 8 nəfərin qidadan zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Moderator.az-a verilən məlumata görə, Quba rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı qurumun əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırma aparılır.
İlkin araşdırma zamanı məlum olub ki, zərərçəkənlər ad günü tədbiri zamanı ev şəraitində hazırlanan qida məhsullarını istehlak etdikdən sonra özlərini narahat hiss ediblər:
"Daha sonra müayinə məqsədilə Quba və Qusar Rayon Mərkəzi xəstəxanalarına müraciətlər olunub. Vəziyyətləri stabildir. Nümunələr götürülüb, hazırda araşdırmalar davam edir. Agentlik bir daha məişət şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini bildirir".