Sumqayıt bulvarında 28 yaşlı gəncin meyiti tapıldı
Hadisə
197
12:23, Bu gün

Sumqayıt bulvarında 28 yaşlı gəncin meyiti tapıldı

Sumqayıt şəhərində ölüm faktı qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, hadisə şəhər bulvarı ərazisində baş verib.
 
Məlumata görə, 1997-ci il təvəllüdlü Natiq Nadir oğlu Şamilovun cansız bədəni ərazidə tapılıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və ərazi mühafizəyə götürülüb.
 
Meyit müvafiq qurumlara təhvil verilib.
 
Faktla bağlı araşdırma başlanılıb, ölümün dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin olunub.
 
Link kopyalandı!
Son xəbərlər