Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 25 min manatdan çox ziyan dəyib
Hadisə
244
19:20, Bu gün

Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 25 min manatdan çox ziyan dəyib

Bakıda ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 25 min 680 manat məbləğində ziyan dəyib.

Moderator.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, sözügedən faktlar Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 1A, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 283A ünvanlarında, Xəzər rayonu Mərdəkan qəsəbəsi Müşfiq Şahbazov küçəsində, Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllədə qeydə alınıb.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Link kopyalandı!
Son xəbərlər