Bizi sosial şəbəkələrdən izləyin:
Meyxanaçı Ağamirzənin qardaşı bir ay əvvəl avtomobil qəzasına düşüb.
Moderator.az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya meyxanaçı özü məlumat verib.
Ağamirzə qardaşının hələ də tam yeriyə bilmədiyini söyləyib:
"Hadisə bir ay əvvəl baş verib. Qardaşım artıq xəstəxanadan evə buraxılıb və müalicəsi evdə davam edir. O, yol gedirmiş, baxıb namaz vaxtıdır, deyib ki, maşını saxlayım, gedib namazımı məsciddə qılım. Yolu keçərkən onu maşın vurub. Hadisəni törədən sürücü isə onu yolda qoyub qaçıb. Maşını saxlamayıb, amma polis əməkdaşlarının sayəsində sürücü yaxalanıb. Araşdırma zamanı o bildirib ki, qorxduğu üçün hadisə yerindən qaçıb".
Meyxanaçı əlavə edib ki, qardaşı hadisəni törədən sürücüdən şikayətçi olmayıb:
"Biz şikayətçi deyilik. Qardaşım ağır vəziyyətdə olarkən mənə vəsiyyət etdi ki, ölsəm, sürücüdən şikayətçi olmayın, mən halal edirəm".