Qara Qarayevə ağır itki
Hadisə
203
05 Feb 2026 | 23:10

Qara Qarayevə ağır itki

Tanınmış futbolçu, U-21 millisinin baş məşqçisi Qara Qarayevə ağır itki üz verib.

Moderator.az xəbər verir ki, mütəxəssisin atası Elxan Qarayev vəfat edib.

Məlumata görə, o, müalicə aldığı Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib.

Qeyd edək ki, hazırda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsini icra edən Qara Qarayev uzun illər “Qarabağ” və “Neftçi” klublarının, eləcə də, əsas millinin aparıcı üzvü olub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər