Tovuzda aktiv sürüşmə zonası: 10-a yaxın ev uçmaq təhlükəsi ilə üz-üzədir - VİDEO
Hadisə
234
05 Feb 2026 | 22:50

Tovuzda aktiv sürüşmə zonası: 10-a yaxın ev uçmaq təhlükəsi ilə üz-üzədir - VİDEO

Tovuz rayonunda bir neçə evdə çatlar əmələ gəlib. Sakinlərin sözlərinə görə, bu vəziyyət torpaq sürüşməsi ilə əlaqədardır.

Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, rayonda torpaqda yaranan çuxurlar və yaşayış evlərində müşahidə olunan çatlar sakinlər arasında ciddi narahatlıq yaradıb.

 

 

Sakinlər bildirirlər ki, hazırda 10-a yaxın evdə bu cür çatlar var və problem getdikcə daha geniş əraziyə yayılır. Evlərin tavanı, döşəməsi və divarlarında yaranan çatlar təhlükədən xəbər verir.

Tovuz Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı məlumatlı olduqlarını bildirib. Qurumdan verilən açıqlamaya görə, faktla bağlı sənədləşmə aparılır və problemin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlara müraciətlər ediləcək.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər