Telefonunu taksidə unutdu, geri ala bilmir - VİDEO
Hadisə
131
22:37, Bu gün

Telefonunu taksidə unutdu, geri ala bilmir - VİDEO

Baku TV-nin qaynar xəttinə şikayət edən vətəndaş bildirib ki, yanvar 10-da taksidən düşərkən telefonunu orada unudub.

Sifarişi isə tanımadığı bir şəxs verdiyi üçün sürücü ilə bağlı heç bir məlumat əldə edə bilməyib.

 

 

Məsələ ilə bağlı "Bolt"a müraciət edəndə isə, şirkət sifarişin başqa adamdan gəldiyini əsas gətirərək kömək edə bilməyəcəklərini bildirir.

Mövcud vəziyyətlə bağlı "Bolt" şirkətindən bildirilib ki, itirilmiş əşyalarla bağlı müraciətlərin araşdırılması üçün istifadəçilərdən şikayəti tətbiq üzərindən göndərmək xahiş olunur:

"Tətbiqdə sifariş olmadığı, həmçinin avtomobilin nömrəsi və ya sürücünün ad və soyadı məlum olmadığı hallarda sürücü ilə əlaqə saxlamaq və məsələni araşdırmaq mümkün olmur".

Bəs belə məqamlar yarandıqda nə etmək lazımdır?

Hüquqşünas Mircavid Miriyev bildirib ki, Mülki Məcəllənin 186.1-ci maddəsinə əsasən, itirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirən şəxsə və ya səlahiyyətli quruma məlumat verməli, əgər mülkiyyətçi məlum deyilsə, dərhal polisi xəbərdar etməli və həmin əşyanı təhvil verməlidir:

"Telefonun sahibi məlumdursa, taksi sürücüsü sifarişi verən şəxsin təsdiqini də nəzərə alaraq telefonda mövcud hesabların həmin şəxsin adına olub-olmadığını yoxladıqdan sonra onu sahibinə qaytarmalı idi. Taksi şirkəti vətəndaşın şikayətini araşdırmağa və həll etməyə borcludur. Araşdırmadan imtina edilməsi həm qanunvericiliyin tələblərinə ziddir, həm də xidmətin düzgün təşkil edilməməsi kimi qiymətləndirilir. Əgər məsələ həllini tapmazsa, vətəndaş polisə müraciət edərək mövcud məlumatları təqdim etməlidir. Bu halda polis araşdırma apararaq zəruri tədbirlərin görülməsini təmin edəcək".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər