22:41
1°C
Bakı
Gəncədə taksi sürücüsü qəzaya düşüb.
Moderator.az xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.
Məlumata görə, "Toyota" markalı avtomobillə "VAZ 2107" markalı avtomobil toqquşub.
Hadisə zamanı 2003-cü il təvəllüdlü Eldar Əliyev və 2002 ci il təvəllüdlü Teymur Zeynalov xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.