Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
Hadisə
235
17:57, Bu gün

Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO

Nəsimi rayonunda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Chevrolet" markalı nəqliyyat vasitəsini idarə edən sürücü Ceyhun Qurbanov Nəsimi rayonu ərazisində ictimai asayişi pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratdığına və polisin qanuni tələbinə əməl etmədiyinə görə saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Bu zaman C.Qurbanovun narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilib.

Sürücü barəsində inzibati protokol tərtib edilərək, qərar verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə C.Qurbanov nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətinə inzibati qaydada həbs olunub.

 

Link kopyalandı!
Son xəbərlər