Bizi sosial şəbəkələrdən izləyin:
Vəkillil fəaliyyətinə xitam verilmiş Sevil Hacıyevanın cinayət işi Ali Məhkəmədə araşdırılıb.
Moderator.az xəbər verir ki, Ali Məhkəmə apellyasiya instansiyalasının qərını qüvvədə saxlayıb.
Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə Xaçmaz Rayon Məhkəməsində mühakimə edilən Sevil Hacıyevaya 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiyanın hökmünü qüvvədə saxlayıb.
Həm təqsirləndirilən, həm də zərərçəkmiş şəxs qərardan kassasiya şikayəti verib.
Sevil Hacıyeva həyətinə girən itə işgəncə verərək, amansızlıqla öldürən Xaçmaz rayon sakini, 86 yaşlı Balasoltan Daşdəmirovun qızıdır. Balasoltan Daşdəmirov bu əməlinə görə İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) 500 manat məbləğində cərimə edilmişdi./Qaynarinfo