Lənkəranda ev yandı
Hadisə
1377
05 Feb 2026 | 13:37

Lənkəranda ev yandı

Lənkəran rayonunda ev yanıb. 
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Yuxarı Nüvədi kəndində qeydə alınıb.
 
Belə ki, Əkbərov Emil Zeynal oğluna məxsus ümumi sahəsi 120 kvadratmetr olan 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evində qəfil yanğın başlayıb. 
 
Hadisə yerinə iki yanğınsöndürən avtomobil cəlb olunub.
 
Faktla bağlı araşdırma aparılır. 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər