02:10
0°C
Bakı
Məktəb direktorunun müəllimlərdən və şagirdlərdən qanunsuz şəkildə pul topladığı iddia olunur.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu iddia ilə 279 saylı tam orta məktəbin rus dili və ədəbiyyatı müəllimi Aytəkin Allahverənzadə çıxış edib.
Onun sözlərinə görə, məktəbin direktoru Südabə Allahverdiyeva hər ay məktəbin ehtiyacları adı altında pedaqoji heyətdən və şagirdlərdən əsassız şəkildə pul tələb edir.
Aytəkin Allahverənzadə iddia edib ki, məktəbin bütün xərcləri müəllimlərin şəxsi vəsaiti hesabına qarşılanır.
Müəllimin sözlərinə görə, direktor onunla şəxsi-qərəzli münasibətə görə adına açılmış dərnəyi də bağlayıb. Bundan əlavə, dərslərinə əsassız və saxta yoxlamalar göndərilir.