01:14
0°C
Bakı
Göygöldə dərədən meyiti tapılan 40 yaşlı kişinin qətlə yetirildiyi iddia olunub.
Moderator.az xəbər verir ki, bunu "Unikal"a meyiti aşkarlanan Saqib Quliyevin anası Rəna Quliyeva bildirib. Mərhumun anasının sözlərinə görə, onun oğlunu öldürüb dərəyə atıblar.
"Evdə oturmuşdum. Xəbər gəldi ki, oğlumu bıçaqlayıb dərəyə atıblar. Biz də gəlib gördük ki, oğlumun meyitini tullayıb qaçıblar. Bütün qurumlardan xahiş edirəm, mənim oğlumun qatilini tapsınlar. Oğlum dünən evdən çıxıb qayıtmamışdı. Evdən çıxanda dedi ki, ana, gedirəm əhəng alım gəlim. Öz evimizi təmir edirdi, həyətimizdə təmizlik işləri aparırdı. Oğlumu öldürüb məni düzdə qoydular. O boşanmışdı, iki azyaşlı oğlu var", - deyə ölən şəxsin anası bildirib.
