Sərxoş halda qəza törətdi: Ölümə səbəb oldu
Hadisə
146
16:10, Bu gün

Sərxoş halda qəza törətdi: Ölümə səbəb oldu

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəza törədərək hadisə yerindən qaçmaqda təqsirləndirilən Şəmşəd Muradovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Şəmşəd Muradov 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib və o, dərhal məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, Şəmşəd Muradov sərxoş halda nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi digər mexaniki nəqliyyat vasitəsi - traktorla yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan və yol-nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməllərini törədib.

Hadisə 2024-cü il iyunun 21-də saat 14 radələrində Şəmkir rayonu, Təzəkənd-Qaracəmirli avtomobil yolunun Qaracəmirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəmşəd Fidayıl oğlu Muradovun idarə etdiyi "Belarus" markalı traktor Səxavət Hakim oğlu Alıyevin idarə etdiyi VAZ-2106 avtomobili ilə toqquşub. Nəticədə Səxavət Alıyev hadisə yerində ölüb. Hadisədən sonra Şəmşəd Muradov ərazidən uzaqlaşıb.

Daha sonra o saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Link kopyalandı!
Son xəbərlər