Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü
Hadisə
236
14:32, Bu gün

Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü

Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayan əmi vəfat edib.
 
Moderator.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, Ə.Nağıyev dünən gecə saatlarında dünyasını dəyişib.
 
Onun ölüm səbəbi hələlik açıqlanmayıb.
 
Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.
 
Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılmışdı. Onun Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu deyilirdi.
 
Link kopyalandı!
Son xəbərlər