Hadisə
1399
03 Feb 2026 | 14:20

"Ağ şəhər"də ağac kəsənlər saxlanıldı

Bakıda "Ağ şəhər" ərazisində ağac kəsilməsi faktı üzrə cinayət işi açılıb.
 
Bu barədə Moderator.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
 
Qeyd edilib ki, ağac kəsilməsi faktı üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Aidiyyəti üzrə ekspertizalar təyin edilib.
 
Link kopyalandı!
Son xəbərlər