18:48
8°C
Bakı
Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış olub.
Moderator.az-ın məlumatına görə, şəhər ərazisində kanalizasiya quyusunun üzərində qaynaq işləri aparılan zaman qaynaq qığılcımları kanalizasiya borusuna düşüb və partlayış baş verib. Nəticədə 1984-cü il təvəllüdlü A.Zamanov, 1968-cı il təvəllüdlü Ə.Paşayev və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.