Xanım sərnişinə əxlaqsız təkliflər edən taksi sürücüsü həbs olundu
Hadisə
288
16:21, Bu gün

Xanım sərnişinə əxlaqsız təkliflər edən taksi sürücüsü həbs olundu

Xanım sərnişinə əxlaqsız təkliflər edən taksi sürücüsü həbs edilib.
 
Moderator.az-ın əldə etdiyi məlumata görə, hadisə Saatlı rayonu ərazisində baş verib.
 
Saatlı Rayon Polis Şöbəsinə müraciət edən şikayətçi evə gedmək üçün əyləşdiyi taksi sürücüsünün yol boyu ona əxlaqsız təkliflər etdiyini deyib.
 
Şikayətlə bağlı araşdırmalar aparılıb və sürücü, 23 yaşlı O.Məhərrəmov saxlanılaraq polis şöbəsinə gətirilub. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
 
Məhkəmənin qərarı ilə O.Məhərrəmov 8 sutka inzibati qaydada həbs edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər