Ağdamda ev, Goranboyda ferma yandı
Hadisə
182
15:09, Bu gün

Ağdamda ev, Goranboyda ferma yandı

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 70 m² sahədə yanıb.
 
Bu barədə Moderator.az.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 
Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Digər hadisə Goranboy rayonunda baş verib. Belə ki, ümumi sahəsi 300 m² olan fermanın yanar konstruksiyaları 100 m² sahədə və 1,2 ton ot bağlanması yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər