Lənkəranda xarici ölkə vətəndaşı ÖLDÜ
Hadisə
188
14:55, Bu gün

Lənkəranda xarici ölkə vətəndaşı ÖLDÜ

Lənkəranda Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olan şəxs ölüb.
 
Moderator.az xəbər verir ki, hadisə Lənkəran şəhər ərazisində baş verib.
 
Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhər sakini 1988-ci il təvəllüdlü Mustafa Alı Muhammad Nasser Lənkəran şəhərində yaşadığı ünvanda ölüb.
 
Onun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
 
İlkin məlumata görə o yuxusuzluqdan əziyyət çəkirmiş və bunun üçün dərman qəbul edib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
 
Faktla bağlı araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər