Tovuzda sürücü avtomobilini işıq dirəyinə çırpıb -FOTO
Hadisə
621
02:46, Bu gün

Tovuzda sürücü avtomobilini işıq dirəyinə çırpıb -FOTO

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib 


Moderator.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. "VAZ-2106"  markalı avtomobil ilə "Chevrolet" markalı avtomobil toqquşub.  

Toqquşmadan sonra "Chevrolet"yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Avtomobildə tüstüləmə baş verdiyinə görə hadisə yerinə FHN –nin yanğın söndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Qəza nəticəsində Chevroletin surücüsü Tovuz rayon sakini 19 yaşlı Salman Məmmədov xəsarət alıb.Ona yerindəcə tibbi yardım göstərilib.Tez bir vaxtda avtomobillər hadisə yerindən götürülərək prospektdə nəqliyyatın hərəkəti bərpa edilib. 


Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər