11:36
9°C
Bakı
Yanvarın 30-da ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Moderator.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 120, o cümlədən borclu şəxs qismində axtarışda olan 76 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.