11:01
9°C
Bakı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Moderator.az FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 70kv.m. olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik tikilmiş evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ikiotaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.
Xəsarət alan olmayıb.