Ağdamda maşın aşıb, xəsarət alan var
1360
30 Jan 2026 | 17:56

Ağdamda maşın aşıb, xəsarət alan var

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, hadisə Hindarx-Ağdam yolunun Evoğlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İdarəetmədən çıxan "Toyota" markalı nəqliyyat vasitəsi yol kənarına aşıb. Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alan şəxs Ağdam rayon mərkəzi xəstəxanasına aparılır.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər