Xəstəxanada qardaşı arvadını öldürən şəxs barəsində qərar verilib
Hadisə
194
17:47, Bu gün

Xəstəxanada qardaşı arvadını öldürən şəxs barəsində qərar verilib

Sumqayıtda xəstəxanada müalicə olunan qardaşı arvadını qətlə yetirməkdə təqsirləndirilən İsrail Rəsulovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Moderator.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İsrail Rəsulovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi sübüta yetirildiyi üçün o, məcburi müalicəyə göndərilib.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında baş verib. Xəstəxanada hündürlükdən yıxıldığı üçün müalicə alan 2001-ci il təvəllüdlü Cəmilə Rəsulovanın palatada öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1998-ci il təvəllüdlü İsrail Rəsulovun ziyarət məqsədilə girdiyi palatada bıçaqla xəsarət yetirərək qardaşı arvadı Cəmilə Rəsulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi açılıb. İ.Rəsulova Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi yekun ittiham elan olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər